Yurgen Klopp: "Mərhələni keçməyə layiq olan komanda bunu reallaşdırdı"

12:59 16 Mart 2023

“Liverpul”un baş məşqçisi Yurgen Klopp UEFA Çempionlar Liqasının 1/8 finalının “Real”la cavab görüşündən sonra (0:1) açıqlama verib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, La Liqa klubunun matça nəzarət etdiyini deyib:

“Oyunu xüsusi formada keçirtmək üçün hazırlaşmışdıq. Lakin meydanda istədiyimizi göstərə bilmədik. Biz hər şeyi olduğu kimi qəbul etməliyik. Uğur qazanmaq istəyiriksə, fədakar oynamalıyıq.

Mərhələni keçməyə layiq olan komanda bunu reallaşdırdı. “Real” oyuna nəzarət edirdi. Biz qətiyyən bunu istəmirdik. Qol epizodlarına ehtiyacımız var. Bu gün keçirilən oyunda rəqib daha güclü  idi. Onlar iki oyunun dörd hissəsinin üçündə yaxşı mübarizə apardılar”.

 


Xəbər xətti