“Borussiya” evdə xal itirdi

09:36 18 Mart 2023

Almaniya Bundesliqasında 25-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

 

Mönhenqladbax “Borussiya”sı evdə “Verder”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

 

Almaniya Bundesliqası

25-ci tur

17 mart

Borussiya (Mönhenqladbax) – Verder 2:2
Qol
: Turam, 48. Noyhaus, 73 – Dukş, 65; 89.


Xəbər xətti