Canni De Byazi : “İkinci qoldan sonra inamı itirdik”

09:29 25 Mart 2023

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya yığmasına qarşı keçirdikləri səfər oyununu şərh edib.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis 1:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk qoladək bərabər səviyyəli oyun gedirdi. Topa nəzarət etməyə çalışırdıq. Böyük səhvdən sonra qol buraxdıq. İkinci qoldan sonra isə inamı itirdik. Son dəqiqələrədək çətin oldu bizə. Çox əziyyət çəkdik.

Bu gün millidə debüt edən Yusif İmanov və Azər Əliyev gələcəkdə bizim üçün lazımlı oyunçular ola bilərlər. Oyundan əvvəl Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk arasında seçim arasında qalmışdım. Antonun uzaq məsafədən gəldiyini və 8 saatlıq fərq olduğunu nəzərə alaraq Bəxtiyara şans verdik”.


Digər xəbərlər

Xəbər xətti