David Alaba: "Azərbaycanla oyun bizə müsbət impuls verdi"

10:38 25 Mart 2023

"Düşünürəm ki, bu matç bizə müsbət impuls verdi".

 

Sportarena.az xəbər verir ki, bunu Avstriya yığmasının futbolçusu David Alaba evdə Azərbaycan millisinə 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra deyib.

 

Zədə səbəbindən bu matçda iştirak etməyən İspaniya "Real Madrid"inin sol cinah müdafiəçisi bildirib ki, komanda yoldaşlarını izləmək çox əyləncəli idi:

"Özümüzü meydanda məhz bu cür təsəvvür edirdik. Çalışdım ki, komandanı dəstəkləyim, onları ruhlandırım. Hesab 3:1 olduqdan sonra bunun bizi dəli etməsinə imkan vermədik, konsentrasiyanı itirmədik".

 

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də səfərdə İsveçə, Avstriya isə evdə Estoniyaya qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti