Avstriyanın futbolçusu: “Azərbaycan millisi üzərində layiqli qələbə qazandıq”

14:53 25 Mart 2023

Avstriya yığmasının futbolçusu Mixael Qreqoriç evdə Azərbaycana 4:1 hesabı ilə qalib gəldikləri AÇ-2024-ün seçmə mərhələ matçından sonra açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, oyunda 2-ci qolun müəllifi olan 28 yaşlı hücumçu layiqli qələbə qazandıqlarını deyib:

“Azərbaycan millisi üzərində layiqli qələbə qazandıq. Bir neçə epizodda qol vura bilərdim, amma öz işimi çətinləşdirdim. Fürsət düşdüsə, reallaşdırmaq lazımdır. Ancaq şadam ki, istəyimə çata bildim. Aşkar üstünlüyümüz şəraitində keçən görüşdə layiqli nəticə əldə etdik”.

 

Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də səfərdə İsveçə, Avstriya isə evdə Estoniyaya qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti