Martines Ronaldo haqqında: “Onun təcrübəsi bizim üçün çox vacibdir”

19:26 27 Mart 2023

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines AÇ-2024-ün seçmə mərhələsinin Lüksemburqla matçından sonra (6:0) açıqlama verib.

 

Sportarena.az “O Jogo”-ya istinadən xəbər verir ki, o, “Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo haqda danışıb:

“Ronaldo yığmada 198 oyun keçirən yeganə futbolçudur. Onun təcrübəsi bizim üçün çox vacibdir. Qonsalo Ramos və Ronaldo hücum xəttində birlikdə çıxış edə bilərlər. Burada müzakirə ediləcək bir şey yoxdur”.

 


Digər xəbərlər

Xəbər xətti