İtaliya klubu Musa Qurbanlı ilə maraqlanır - İDDİA

11:38 12 Aprel 2023

İtaliyanın "Torino" klubu "Qarabağ"ın hücumçusu Musa Qurbanlını transfer edə bilər.

 

Sportarena.az "Football News 24" portalına istinadən xəbər verir ki, Turin klubunun idman direktoru Davide Vaqnati Musa ilə maraqlandıqlarını bildirib.

 

Belə ki, klub rəsmisi skaut departamentinin millimizin forvardını izlədiyini və onu transfer etmək istədikləri barədə məlumat verib. 

 

Musa Qurbanlının Ağdam təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.


Xəbər xətti