Avroliqada həftənin oyunçusu adına 4 namizəd

09:31 14 Aprel 2023

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin oyunçusu adına namizədlər açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, həftənin ən yaxşı oyunçusu seçilməyə dörd namizəd var.

 

Bunlar Marsel Zabitser (“Mançester Yunayted”, İngiltərə), Orkun Kökçü (“Feyenoord”, Niderland), Federiko Qatti (“Yuventus”, İtaliya) və Viktor Bonifasedir (“Yunion”, Belçika).

 

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılacaq səsvermənin yekununda bəlli olacaq.


Digər xəbərlər

Xəbər xətti