Federiko Qatti: “Bu, çox vacib idi”

16:20 14 Aprel 2023

“Yuventus”un müdafiəçisi Federiko Qatti UEFA Avropa Liqasının 1/4 final mərhələsinin “Sportinq”lə görüşü haqda (1:0) fikir bildirib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmada vurulan yeganə qolun müəllifi vacib qələbə qazandıqlarını söyləyib:

“Yaşadığım duyğuları necə dilə gətirəcəyimi bilmirəm. Biz qalib gəldik. Bu, çox vacib idi. Rəqib çox güclü hücumlar quran kollektivdir.

Qazandığımız qələbə cavab oyununda bizə cüzi üstünlük qazandırıb. Həmin matç çox çətin keçəcək”.

 

Qeyd edək ki, “Sportinq” – “Yuventus” cütünün cavab qarşılaşması aprelin 20-də Portuqaliyada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti