Avropa Liqası: Ən yaxşı "Mançester Yunayted"in futbolçusu seçildi

14:46 15 Aprel 2023

UEFA Avropa Liqasında 1/4 finalın ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

 

Sportarena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, "Mançester Yunayted"dən Marsel Zabitser seçilib.

 

O, "Yunion"dan Viktor Bonifase, "Feyenord"dan Orkun Kökçü və "Yuventus"dan Federiko Qattini qabaqlayıb.

 

Qeyd edək ki, Marsel ötən gecə "Sevilya" ilə görüşdə (2:2) dubla imza atmışdı.


Digər xəbərlər

Xəbər xətti