Mbappedən yeni rekord

14:58 16 Aprel 2023

PSJ-nin futbolçusu Kilian Mbappe yeni rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, o, buna Fransa çempionatının 31-ci turunda "Lens"lə görüşdə (3:1) qol vuraraq nail olub. 24 yaşlı hücumçu Liqa 1-də vurduğu qolların sayını 139-a yüksəldib.  Bununla da Mbappe Edinson Kavanini geridə qoyaraq PSJ-nın  çempionatda ən çox qol vuran futbolçusu olub.

 

Qeyd edək ki, fransalı oyunçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 35 matçda 31 qol vurub və 7 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti