Azərbaycan və Türkiyə güləşçilərindən qardaşlıq mesajı

15:52 20 Aprel 2023

Xorvatiyada keçirilən Avropa çempionatında sərbəst güləş üzrə Azərbaycan millisi uğurlu çıxış edib.

 

Sportarena.az xəbər verir ki, 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan komandamız Avropa çempionu olub.

 

Qitə birinciliyində 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən Türkiyə millisi isə 3-cü yeri tutub.

 

Təltifetmə mərasimindən sonra hər iki komandanın nümayəndə heyəti “Zaqreb Arena”da iki ölkənin dövlət bayrağı ilə birgə şəkil çəkdirib və növbəti dəfə dost və qardaşlıq mesajı verib.


Xəbər xətti