İtaliya klublarından avrokuboklarda ilk

21:39 21 Aprel 2023

Tarixdə ilk dəfə bir mövsümdə 5 İtaliya klubu avrokuboklarda yarımfinallara yüksəlib.

 

Sportarena.az xəbər verir ki, klublardan 2-si Çempionlar Liqası, 2-si Avropa Liqası, 1-i isə Konfrans Liqasında yoluna davam edir.

 

ÇL-in yarımfinalında isə Milan derbisi olacaq. Final uğrunda "Milan"la əzəli rəqibi, şəhərin digər təmsilçisi "İnter" üz-üzə gələcək. Qeyd edək ki, "Milan" 1/4 finalda İtaliyanın digət təmsilçisi "Napoli"ni mübarizədən kənarlaşdırıb.

 

Avropa Liqasında isə “Yuventus”la "Roma" mübarizəni davam etdirir.

 

İtaliyanın Konfrans Liqasının yarımfinalında da təmsilçisi var. Bu, 1/4 finalda Polşa "Lex"ini üstələyən (4:1, 2:3)“Fiorentina”dır.


Xəbər xətti