Hamanndan Tuxel üçün bəd proqnoz

14:00 26 Aprel 2023

Almaniya millisinin sabiq oyunçusu Ditmar Hamann “Bayern”də başverənlərə münasibət bildirib. O, yetirməsi olduğu və 5 il şərəfini qoruduğu Menhen təmsilçisinin şətin vəziyyətdə olduğunu bildirib.

 

Sportarena.az xəbər verir ki, Hamann baş məşqçi Tomas Tuxelin istefaya göndərilə biləcəyini söyləyib:

“Klub rəhbərliyinin məşqçi barədə gözlənilməz qərarlar verməsi mümkündür. Haqsız da olmazlar, çünki Tuhel qısa müddətdə çox pis təəssürat oyatdı. Çempionlar Liqasının ardınca Almaniya Kubokunda mübarizəni dayandırdılar. Bundesliqada da titul əldən çıxsa, Tuxel mütləq qovulacaq”.

 

Sabiq yarımmüdafiəçi “Bayern”də başverənləri anlaşılmaz durum kimi dəyərləndirir:

“Adətən baş məşqçi dəyişikliyindən sonra komanda yüksəlişə keçir, qısa müddətdə də olsa, ilk matçlarda daha yaxşı nəticə qazanır. Münhenlilərdə bunun əksi baş verdi və futbolda nadir görünən olaylar reallaşdı. Amma söhbət “Bayern”dən gedirsə, hər şey mükündür”.


Xəbər xətti