Azərbaycan kuboku keçiriləcək

10:25 5 May 2023

Mayın 9-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan kubokuna start veriləcək.

 

Sportarena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda 7-si kişi, 5-i qadın olmaqla 12 komanda iştirak edəcək.

 

Kişilərin turnirində “Bakı”, “Təhsil”, “Məhsul”, “İdman Akademiyası”, “Dinamo”, RİOEUGİM, U-16 qələbə uğrunda mübarizə aparacaq.

 

Qadın həndbolçuların yarışında isə “Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Azərsu” və U-16 kollektivləri qüvvəsini sınayacaq.

 

Mayın 10-da saat 15:00-da “AHF Arena”da təntənəli açılış mərasimi keçiriləcək.

 

Qaliblərin mükafatlandırılması və yarışın bağlanış mərasimi isə mayın 11-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti