Arda Gülər karyerasını İngiltərədə davam etdirə bilər

17:24 7 May 2023

"Fənərbaxça"nın yarımmüdafiəçisi Arda Güler ​​karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

 

Sportarena.az “Football Insider”ə istianadən xəbər verir ki, "Nyukasl" oyunçu ilə maraqlanır. Klub nümayəndələri bu həftə sonu Türkiyə millisinin üzvü ilə görüşərək transferi müzakirə edəcəklər. 

 

18 yaşlı futbolçunun "Fənərbaxça" ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 

 

Yarımmüdafiəçi bu mövsüm 29 oyuna çıxıb, 6 qol vurub, 4 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti