"Fənərbaxça"nın forvardı İtaliyaya qayıdır

20:42 12 May 2023

"Fənərbaxça"nın forvardı Joao Pedro İtaliyaya qayıtmağı planlaşdırır.

 

Sportarena.az "Fanatik"ə istinadən xəbər verir ki, İtaliya A seriyasında mübarizə aparan komandalardan Cenoa" və "Bolonya" 31 yaşlı hücumçunun xidmətində maraqlıdır.

 

İtaliya millisinin sabiq forvardı Super Liqada 18 oyunda 4 qol vurmağı bacarıb.

 

Joao "Fənərbaxça"ya gələnə qədər "Kalyari", "Palermo", "Santos" klublarında oynayıb.


Digər xəbərlər

Xəbər xətti