"Bayern" Avstriya millisinin futbolçusunu transfer edib

16:43 9 İyun 2023

Almaniyanın "Bayern" klubu yeni transferini açıqlayıb.

 

Sportarena.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu son olaraq “Leyptsiq”də çıxış edən Konrad Laymeri heyətinə qatıb.

 

26 yaşlı avstriyalı yarımmüdafiəçi ilə dörd illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Konrad Laymer Avstriya millisinin də üzvüdür.


Xəbər xətti