PSJ Anrini istəmir

22:27 9 İyun 2023

PSJ tezliklə yeni baş məşqçisini açıqlayacaq. Hazırda Yulian Naqelsmann bu posta daha yaxın görünür.

 

Sportarena.az xəbər verir ki, Kristof Qaltyenin yerinin tutacaq alman mütəxəssis Tyerri Anrini köməkçisi kimi görmək istəyir. Danışıqların uzanmasının da səbəbi budur. Parislilər Fransa yığmasının sabiq hücumçusunun təyinatına qarşıdır. Əvəzində Naqelsmanna millinin başqa bir sabiq üzvünün namizədliyi təklif olunub. Ad açıqlanmasa da, PSJ məhz onun köməkçi olmasını istəyir.

 

Bu arada son çempion transfer çalışmalarını da davam etdirir. Milan Şkrinyar, Marko Asensio və Manuel Uqarte parislilərin yeni üzvləridir. Tezliklə onlar rəsmən təqdim olunacaq.


Digər xəbərlər

Xəbər xətti