"Borussiya"dan "Ayntraxt"a

21:24 10 İyun 2023

Almaniyanın "Ayntraxt" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Frankfurt təmsilçisi "Borussiya"dan (Dortmund) icarəyə götürdüyü Ansqar Knauffun transfer hüquqlarını alıb.

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Ayntraxt" Ansqar Knauffu 2022-ci ilin yanvar ayında icarəyə götürmüşdü. Almaniya U-21 millisinin üzvü son mövsümdə komandanın heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.


Xəbər xətti