“Bayern” rəsmisi yeni transferin mesajını verdi

11:38 12 İyun 2023

“Bayern”in Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge klubun Dortmund “Borussiya”sının müdafiəçisi Rafael Gerreyro ilə müqavilə imzalayacağını təsdiqləyib.

 

Sportarena.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi məsələ ilə bağlı belə deyib:

“Bizim yaxşı oyunçularımız var: Konrad Laimer və Gerreyro”.

 

İyunun 9-da “Bayern” Laimerin transferini elan edib.

 

Gerreyronun yaxın günlərdə “Bayern”lə uzunmüddətli müqavilə imzalayacağı gözlənilir.

 

29 yaşlı uruqvaylı futbolçu 2022/23 mövsümündə “Borussiya”nın heyətində 36 oyuna çıxıb, 6 qol vurub və 14 məhsuldar ötürmə edib. O, 2016-cı ildən komandadadır.


Xəbər xətti