Messi gəlmədi, gözlər Neymara dikildi

14:25 12 İyun 2023

Lionel Messini transfer edə bilməyən “Əl-Hilal” indi də Neymara göz dikib. Səudiyyə Ərəbistanı klubu “Çelsi və “Mançester Yunayted”in də istədiyi braziliyalı hücumçu üçün böyük pullar xərcləmək niyyətindədir.

 

Sportarena.az xəbər verir ki, ərəblər Fransa klubuna 45 milyon avro təklif edib. Parislilərlə iki illik müqaviləsi qalan Neymarı transfer etmək üçün məhz bu qədər ödənilməsi nəzərdə tutulub. Oyunçunun özü isə ilə 200 milyon avro qazanacaq. Kriştianu Ronaldo da “Əl-Nəsr”də məhz bu qədər maaşa oynayır.

 

PSJ ödənilən transfer məbləğindən razıdır. İndi futbolçunu razı salmaq qalır. Neymar Avropada oynmaq niyyətində olsa da, cəlbedici təklifdən boyun qaçıracağı inandırıcı görünmür.


Digər xəbərlər

Xəbər xətti