Liqa 1-ə yüksələn klublar bəlli oldu

13:56 13 İyun 2023

Fransa Liqa 2-də mübarizə aparan “Bordo”ya “Rodez”lə yarımçıq qalmış oyuna görə texniki məğlubiyyət verilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

 

Mövsümün sonuncu – 38-ci turunun bu oyunu birinci hissədə baş verən xoşagəlməz hadisəyə görə dayandırılmışdı. “Rodez”in yarımmüdafiəçisi Luk Buadenin qolundan sonra bordolu bir azarkeş qol sevinci zamanı tribunadan gələrək oyunçunu vurmuş və nəticədə oyun yarıda qalmışdı.

 

“Bordo”nun texniki məğlubiyyət alması nəticəsində Liqa 2-də ikinci pilləni 72 xal toplamış “Mets” komandası tutub. Beləliklə, 75 xalla çempion olmuş “Havr” və ikinci olan “Mets” növbəti mövsümdən Liqa 1-də oynamaq hüququ qazanıb. “Bordo” isə 68 xalla üçüncü pillədə qalıb və növbəti mövsümü yenə Liqa 2-də keçirəcək.


Digər xəbərlər

Xəbər xətti