“İnter”dən getmək istəmir

12:00 18 İyun 2023

“İnter”in yarımmüdafiəçisi Nikolo Barella 2023/24 mövsümündə də İtaliya klubunda çıxış edəcək.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, nə İtaliyanın digər klublarına, nə də “Nyukasl”a keçmək fikrindədir.

 

26 yaşlı yarımmüdafiəçinin “neradzurra” ilə sözləşməsi 2026-cı ilə qədərdir.

 

Barella 2022/23 mövsümündə Milan təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 52 oyuna çıxıb, 9 qol vurub və 10 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti