“Yuventus” futbolçusunu satdı

19:23 18 İyun 2023

“Kalyari” ötən yay “Yuventus”dan icarəyə götürdüyü müdafiəçi Alessandro Di Pardonun transfer hüquqlarını alıb.

 

Sportarena.az xəbər verir ki, 23 yaşlı futbolçunun transferi üçün Turin klubuna 1,1 milyon avro ödənilib.

 

Gənc futbolçu ilə 3 illik müqavilə imzalanıb.

 

“Yuventus”un yetirməsi olan Di Pardo Turin klubunun əsas komandasında 5, “Kalyari”də isə 23 oyun keçirib.

 

“Kalyari” həm də “Empoli”yə icarəyə verdiyi Sebastyan Valukeviçi satmalı olub. Belə ki, “Empoli” ötən yay satınalma şərti ilə icarəyə götürdüyü 23 yaşlı mərkəz müdafiəçisi üçün “Kalyari”yə 1 milyon avro ödəyib və onun transfer hüquqlarına sahiblənib. Polşalı futbolçu 2019-cu ilin yanvarında müqavilə bağladığı “Kalyari”də 45 matça çıxıb, 1 assistlə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti