Ərəblərdən “İnter”ə 15 milyon avroluq təklif – Xorvatiyalı üçün

20:53 20 İyun 2023

“İnter”in yarımmüdafiəçisi Marselo Brozoviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

 

Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Əl-Nəsr” Brozoviç üçün Milan klubuna 15 milyon avro təklif edib.

 

30 yaşlı futbolçu 2015-ci ilin yanvarında “İnter”ə keçib. Onun “neradzurra” ilə müqaviləsi 2026-cı ilə qədərdir.

 

Brozoviç 2022/23 mövsümündə “İnter”in heyətində 40 oyuna çıxıb, üç qol vurub və altı məhsuldar ötürmə edib.

 

“Əl-Nəsr”də portuqaliyalı hücumçu Kriştiano Ronaldo da forma geyinir.


Digər xəbərlər

Xəbər xətti