“Roma” onu satmağa razılaşdı

20:30 22 İyun 2023

Justin Klyuvert İngiltərəyə köçə bilər. “Roma”nın niderlandlı hücumçusu bu ölkədən ciddi təklif alıb.

 

Sportarena.az xəbər ki, “Bornmut” son mövsümü icarə qaydasında “Valensiya”da keçirən futbolçuya görə 9,5 milyon funt sterlinqlik təklif göndərib.İtaliya klubu təklifdən narazı deyil, sadəcə, əlavə bonusların məbləği dəqiqləşdirilir.

 

Məşhur Patrik Klyuvertn oğlu 2018-ci ilin yayından “Roma”ya məxsusdur. 17,25 milyon avroya transfer edilən24 yaşlı futbolçu “Leypsiq”, “Nitsa” və “Valensiya”da icarədə olub, “Roma”da istədiyi şansı qazanmayıb. Bu üzdən o da daim oynaya biləcəyi kluba getməkdə maraqlıdır. İtaliya rəmsilçisi ilə iki illik anlaşması qalan hücumçunu məhz “Bornmut” arzusuna çatdırmağa yaxındır.


Digər xəbərlər

Xəbər xətti