Pioli razılıq verib – “Milan” onu transfer edə bilər

11:38 23 İyun 2023

“Milan” “AZ Alkmaar”ın yarımmüdafiəçisi Tiyani Reynderslə maraqlanır.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan”ın baş məşqçisi Stefano Pioli Reyndersin transferinə razılıq verib. Lakin hələ ki, klub onun transferi ilə bağlı rəsmi təkliflə çıxış etməyib.

 

Niderland klubunun yarımmüdafiəçi üçün 18 milyon avro tələb etdiyi bildirilir. “AZ Alkmaar” Reynders üçün təxminən 14 milyon avro təklif edən “Sportinq”in və İngiltərə Premyer Liqasının bir neçə klubunun təkliflərini rədd edib.

 

24 yaşlı Reynders 2022/23 mövsümündə Erediviziyada 34 oyun keçirib, 3 qol vurub.


Digər xəbərlər

Xəbər xətti