“Yuventus”dan imtina etdi, “İnter”lə anlaşdı

14:00 28 İyun 2023

Mönhenqladbax “Borussiya”sının hücumçusu Markus Türam İtaliyaya köçür.

Sportarena.az xəbər verir ki, bu barədə insayder Canluka di Marzio paylaşım edib. Onun sözlərinə görə, “Yuventus”a keçməyə yaxın olan 25 yaşlı forvard son anda fikrini dəyişərək “İnter”lə anlaşıb. Fransa millisinin üzvü yeni komandası ilə 5 illik müqavilə bağlayacaq.

Artıq həkim müayinəsindən uğurla keçən Türam bu gün münasibətləri rəsmiləşdirəcək. 


Digər xəbərlər

Xəbər xətti