Joze Mourinyo on oyunluq cəzalandırıldı

11:22 29 İyun 2023

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya çempionatında on oyunluq cəzalanıb.

Sportarena.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) rəsmi saytı məlumat yayıb.

60 yaşlı mütəxəssis “Monza” ilə matçın baş hakimi Daniele Kiffi haqda söylədiyi fikirlərə görə cəzalandırılıb. A Seriyasının 33-cü turu çərçivəsində keçirilən görüş 1:1 hesabı ilə başa çatıb, bundan sonra Roma təmsilçisi avrokubok zonasından kənarda qalıb. Oyundan sonra Mourinyo Kiffini indiyə qədər gördüyü ən pis hakim adlandırıb.

Qeyd olunur ki, məşqçi diskvalifikasiyadan əlavə 50 min avro cərimələnib.


Digər xəbərlər

Xəbər xətti