Mövsümün ən yaxşı futbolçularının siyahısı açıqlandı

10:47 3 İyul 2023

“Marca” nəşri Avropanın aparıcı liqalarında 2022-23 mövsümünün ən yaxşı futbolçularının reytinqini tərtib edib.

Sportarena.az xəbər verir ki, cədvələ “Mançester Siti”nin hücumçusu Erlinq Haland başçılıq edir. İkinci sırada yay fasiləsində PSJ-dən ayrılan Lionel Messi qərarlaşıb. İlk “üçlüy”ü “Real”ın hücumçusu Vinisius Junior qapayıb.

1. Erlinq Haland (“Mançester Siti”)

2. Lionel Messi (PSJ)

3. Vinisius Junior (“Real”)

4. Kilian Mbappe (PSJ)

5. Kevin de Bruyne (“Mançester Siti”)

6. Rodri (“Mançester Siti”)

7. Antuan Qrizmann (“Atletiko”)

8. Viktor Osimxen (“Napoli”)

9. İlkay Gündoğan (“Mançester Siti”)

10. Xviça Kvaratsxeliya (“Napoli”) 


Digər xəbərlər

Xəbər xətti