İdmançımız Paris paralimpiadasına lisenziya qazandı

23:02 10 İyul 2023

Daha bir idmançımız Paris 2024 Yay Paralimpiya Oyunlarına  lisenziya qazanıb.

Sportarena.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Lamiyə Vəliyeva Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatında 100 m qaçışda 11.99 nəticə göstərərək dünya çempionatının qızıl medalına yiyələnib. 

Beləliklə, təmsilçimiz Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Qeyd edək ki, dünən nüvə itələmə növündə milli komandanın üzvü Oloxan Musayev Yay Paralimpiya Oyunlarına lisenziya əldə etmişdi. 


Digər xəbərlər

Xəbər xətti