III MDB Oyunları Gəncədə keçiriləcək

12:27 6 Avqust 2023

Gəncə şəhəri MDB ölkələrinin üçüncü Oyunlarına ev sahibliyi edəcək.

Sportarena.az "Azərtac"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini Mariana Vasileva bildirib.

"Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhəri olan Gəncədə bu məqsədlə yeni müasir kompleks tikilir. Bölgələrdə yarışların keçirilə biləcəyi fikri xoşumuza gəldi. Şurada format müzakirə olunacaq. İstənilən ölkə daha çox inkişaf etmiş idmana önəm verir. Düşünürəm ki, biz əsas Olimpiya idman növlərinə və bütün ölkələr üçün ənənəvi qeyri-olimpiya idman növlərinə diqqət yetirəcəyik”, - deyə nazir müavini qeyd edib.

Qeyd edək ki, III MDB Oyunlarının 2025-ci ildə keçirilməsi planlaşdırılır. 


Digər xəbərlər

Xəbər xətti