Mahir Emreli oynamadı, komandası ÇL-dən uzaqlaşdı

03:00 20 Avqust 2023

Milli komandamızın forvardı Mahir Emrelinin formasını geyindiyi “Dinamo”(Zaqreb) Çempionlar Liqasının təsnifat mərhələsində uduzub.

Sportarena.az xəbər verir ki, Zaqreb təmsilçisi AEK-in qonağı olub.

Son dəqiqələrə hesabda 2:0 öndə daxil olan, pley-off mərhələsinə vəsiqə qazanmağa yaxın zaqreblilərin istəyi reallaşmayıb.

AEK ilk görüşdə də qalib gəldiyindən pley-off mərhələsinə adlamağa haqq qazanıb. Emreli bu matçda meydana buraxılmayıb. Onun komandası avrokuboklardakı mübarizəsini Avropa Liqasında davam etdirəcək. "Dinamo"nun pley-off mərhələsindəki rəqibi "Sparta"(Praqa) olacaq.

AEK – “Dinamo”(Zaqreb) 2:2
Qollar
: Araxuo 90+2, Vida 90+ 11 – Şutalo 45+2, Lyubiçiç 65 

(İlk oyun - 2:1)


Digər xəbərlər

Xəbər xətti