“Qarabağ”ın rəqibindən yeni transfer

13:00 4 Sentyabr 2023

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hakken” heyətini gücləndirib.

Sportarena.az xəbər verir ki, İsveç klubu yeni müdafiəçi transfer edib. Belə ki, Praqa “Slaviya”sının arxa xətt oyunçusu Ayxam Usu bundan sonra “Hakken”in formasını geyinəcək. Razılığa görə, İsveç millisinin 23 yaşlı oyunçusu yanvara qədər “Hakken”də icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Avropa Liqasının H qrupunda yer alan “Qarabağ” “Hakken”lə ilk oyununu II tur çərçivəsində oktyabrın 5-də səfərdə keçirəcək. 


Digər xəbərlər

Xəbər xətti