"Qəbələ" Gənclər Liqasında ilk oyununa çıxdı

22:25 4 Oktyabr 2023

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında 2023-2024 mövsümünün ilk görüşünü keçirdi.

Sportarena.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1-ci mərhələdə Macarıstanın “Puşkaş Akademiya” klubu ilə üz-üzə gəlib. Qəbələdə keçirilən dueldə 1:1 hesabı qeydə alınıb. 8-ci dəqiqədə Şahin Şəhniyarov hesabı açıb. Daha sonra macarıstanlılar 36-cı dəqiqədə penaltidən bərabərlik qolunu vurublar.

Qeyd edək ki, cavab qarşılaşması oktyabrın 25-də Macarıstandakı “Panço Arena”da keçiriləcək.  


Digər xəbərlər

Xəbər xətti