Babək Quliyev AÇ-yə təyinat aldı

14:45 4 Oktyabr 2023

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev ilk dəfə UEFA-dan təyinat alıb.

Sportarena.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının ilkin seçmə mərhələsinin 5-ci qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Bu qrupda Almaniya, Polşa, Şimali Makedoniya və Qazaxıstan milli komandaları mübarizə aparacaq. Oyunlar oktyabrın 11-dən 17-dək Polşada təşkil olunacaq. 


Digər xəbərlər

Xəbər xətti