"Sabah" FIBA Avropa Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb

01:38 6 Oktyabr 2023

18 illik fasilədən Azərbaycan klubunun təmsil olunduğu FIBA Avropa Kubokunda "Sabah" 3 qələbə qazanaraq təsnifat mərhələsinin "A" qrupunu lider olaraq tamamlayıb.

Sportarena.az xəbər verir ki, təmsilçimiz bunun sayəsində müntəzəm mövsümdə iştirak hüququna yiyələnib.

"Sabah" FIBA Avropa Kubokunun bu mərhələsində "D" qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri "Mornar" (Monteneqro), "Baxçaşehir" (Türkiyə) və Nimbruk (Çex Respublikası) klubları olacaq.

"D" qrupunda ilk oyun oktyabrın 18-i səfərdə Monteneqronun "Mornar" klubuna qarşı olacaq. 


Digər xəbərlər

Xəbər xətti