"Qarabağ" "Kəpəz"i darmadağın etdi, "Sumqayıt"dan iki qol - YENİLƏNİB

19:56 4 Noyabr 2023

Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları davam edir.

Sportarena.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

Günün ilk matçında "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kəpəz"i sınağa çəkib. Oyun saat 16:00-da başlayıb.

İkinci görüşdə isə "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edir. "Kapital Bank Arena"dakı qarşılaşma saat 18:00-da start götürüb.

Azərbaycan Premyer Liqası

XII tur

16:00. “Qarabağ” – “Kəpəz” 7:1
Qollar:
 Yassin Benzia, 2, 15, 43, Toral Bayramov, 12, Juninyo, 36, Leandro Andrade, 51, Nəriman Axundzadə, 63 - Adama Niane, 18
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tofiq Bəhramov adına Respublika stadionu

18:00. “Sumqayıt” – “Araz-Naxçıvan” 2:0 
Qol: 
Rövlan Muradov, 15
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Kapital Bank Arena” 


Xəbər xətti