Namik Ələskərov 200-ə çatdı

14:01 27 Noyabr 2023

“Sabah”ın futbolçusu Namik Ələskərov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

Sportarena.az PFL-ə istinadən xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XIV turuna təsadüf edib.

28 yaşlı yarımmüdafiəçi “Qarabağ”la ev matçına start heyətində çıxıb. O, 200 qarşılaşmada 38 qola imza atıb.

Namik Premyer Liqada 2011/12 mövsümündə “Bakı”nın heyətində debüt edib. Yarımmüdafiəçi paytaxtın eyniadlı klubunda 19 (2 qol), “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol), “Neftçi”də 105 (29 qol), “Sabah”da 36 (3 qol) oyunda iştirak edib. Qeyd edək ki, Ələskərov Azərbaycan çempionatları tarixində 200 və daha çox matç keçirən 148-ci futbolçudur.  


Xəbər xətti