Ramil Şeydayev "Kocaelispor"da debüt etdi, komandası qələbə qazandı

11:07 29 Yanvar 2024

Türkiyə 1-ci Liqasında 20-ci turun oyunları keçirilir.

Sportarena.az xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" səfərdə "Altay"ın qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard matça start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib. O, 40-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

20 turdan sonra 39 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti