"Bayer"in əsas forvardı "Qarabağ"a qarşı oynaya bilməyəcək

15:25 29 Fevral 2024

Almaniyanın “Bayer” klubunun nigeriyalı hücumçusu Viktor Bonifas Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a qarşı keçiriləcək oyunlara qədər tam sağala bilməyəcək.

Sportarena.az xəbər verir ki, yanvarın əvvəlində Afrika Millətlər Kuboku zamanı Nigeriya millisinin heyətində ciddi zədə alan hücumçunun aprel ayına kimi meydanlara qayıtması gözlənilmir.

Öz növbəsində, ötən ay sıradan çıxan argentinalı yarımmüdafiəçi Ezekiel Palasios ağdamlılarla görüşə qədər tam sağalacaq.

O, artıq məşqlərə başlayıb. Xatırladaq ki, 16 qolla "Bayer"in bu mövsüm bombardiri olan Bonifas Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a hər iki görüşdə (5:1, 1:0) qol vurub. 


Digər xəbərlər

Xəbər xətti