Rövnəq Abdullayev AFFA prezidenti olmayacaq - SON DURUM

17:24 1 Mart 2024

Bu gün Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı aprelin 2-nə təyin edilib.

Müvafiq müraciətə əsasən, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü veriləcək:
 
- İsmayıl Əliyev
- Esmiralda Ələkbərova (həkim)
- Gəray Qarayev
- İqor Ponomaryov
- Vaqif Sadıqov
- Maşallah Əhmədov

Qeyd edək ki, “Kəpəz” Futbol Akedemiyasının tikintisilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.

İclasın sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev öz istəyi ilə aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədiyini irəli sürməyəcəyini bildirib. 


Digər xəbərlər

Xəbər xətti