Suares ABŞ-da mülk aldı: Messinin evindən bahadır

11:30 7 Mart 2024

"İnter Mayami"nin hücumçusu Luis Suares 12 milyon dollara ev alıb.

Sportarena.az publika.az-a istinadən xəbər veirr ki, uruqvaylı futbolçu ailəsi ilə birlikdə Florida ştatının Fort Lauderdeyl bölgələrindən birində Lionel Messinin qonşuluğunda məskunlaşıb. Suaresin yeni evinin sahəsi təxminən 660 kvadratmetrdir.

Qeyd edək ki, Luisin dostu və komanda yoldaşı Lionel Messi isə ötən ilin sentyabrında Floridada özünə 10,8 milyona ev almışdı. 


Digər xəbərlər

Xəbər xətti