Messi Aqueronu lağa qoydu

11:00 16 Dekabr 2014

"Barselona"nın ulduz futbolçusu Lionel Messi komandasının UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti"ylə düşməsinə münasibət bildirib.

Sportarena.az xəbər verir ki, argentinalı hücumçu şəxsi facebook hesabından milli komanda yoldaşı Aquero ilə bağlı status paylaşıb.

"Çempionlar Liqası pley-off mərhələsinin başlanmasını səbirsizliklə gözləyirəm. Dostum Serxio Aquero ilə qarşılaşacağıma görə sevinirəm. Onu həmişə FİFA komputer oyununda uduram. Baxaq, meydanda nə baş verəcək".


Xəbər xətti