AFFA-nın çempionatında SAXTAKARLIQ

17:14 16 Dekabr 2014

AFFA İntizam Komitəsinin bugünkü iclasında aşağı yaş qrupları üzrə keçirilən çempionatların son turunda qeydə alınan hadisələr də müzakirə olunub. 

Sportarena.az xəbər verir ki, İK Coca-Cola U-13 liqasında aşkarlanan saxtakarlığa hüquqi qiymət verib.

Belə ki, U-13 Liqasının “Muğan” (Salyan) – “Neftçi İK İB” (Neftçala) matçında “Neftçi İK İB” klubunun heyətində qeydiyatda olmayan futbolçu meydana çıxdığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.


Xəbər xətti