“İnter” - ilk 10 ilin izi ilə” kitabının təqdimat mərasimi keçirildi - VİDEO

02:51 17 Dekabr 2014

“İnter Hotel Grand Prospect” otelində “İnter” Peşəkar İdman Klubunun 10 illiyinə həsr olunmuş “İnter” - ilk 10 ilin izi ilə” kitabının təqdimat mərasimi keçirilib.

Sportarena.az xəbər verir ki, kitabın müəllifləri - “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov və komandanın baş direktorunun müavini Aleksey Barvinski kitab haqqında qısa məlumat veriblər.

 

Mərasimdə iştirak edən klubun prezidenti Georgi Nikolov klub haqqında kitabın dərc olunmasının yaxşı ənənəyə çevriləcəyinə ümid etdiyini deyib. Oxucuların klub barədə daha ətraflı məlumat ala biləcəklərini vurğulayan Nikolov, kitab müəlliflərinə təşəkkür etməyi də unutmayıb. 

 

 


Digər xəbərlər

Xəbər xətti