"Neftçi" Türkiyədə oynayan futbolçumuzu transfer edir ?

16:02 19 Dekabr 2014

"Neftçi" Türkiyədən futbolçu transfer edir. Paytaxt klubu Rəhman Hacıyevi heyətinə qatır. 

Yayda "Qaziantep BB"yə transfer olunan yarımmüdafiəçi son dövrlər heyətə düşə bilmir. Son 3 oyunda onun adı "18-liy"ə belə salınmayıb. Artıq tərəflər arasında razılıq əldə olunub. Qış fasiləsi başlayan kimi transfer rəsmiləşdiriləcək.

 

Qeyd edək ki, Rəhman "Qaziantep BB"nin heyətində 8 rəsmi oyuna çıxıb və 360 dəqiqə oynayıb. 21 yaşlı yraımmüdafiəçi yeganə qolunu kubokda "Anadolu Selçukluspor"a vurub. Hacıyev Azərbaycanda "Bakı" və "Sumqayıt"ın formasını geyinib. (fanat.az)


Digər xəbərlər

Xəbər xətti