Millimizin üzvü oynadı, komandası qələbə qazandı

15:02 20 Dekabr 2014

Almaniya II Bundesliqasında 19-cu tur çərçivəsində millimizin yarımmüdafiəçisi Toğrul Eratın da çıxış etdiyi "Fortuna" növbəti matçına çıxıb.

Sportarena.az xəbər verir ki, matçın 82-ci dəqiqəsindən meydana daxil olan Erat komandasının "Union Berlin" üzərində 1:0 hesablı qələbə qazanmasında pay sahibi olub.

 

Qeyd edək ki, 19 turdan sonra "Fortuna" turnir cədvəlində 31 xalla 5-ci pillədə qərarlaşıb.


Xəbər xətti