Emeqara "Qarabağ"da qala bilər

22:40 21 Dekabr 2014

"Qarabağ"ın əcnəbi hücumçusu İnnosent Emeqara komandada qala bilər. 

Sportarena.az xəbər verir ki,bu haqda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib:

"İnnosent Emeqaranın durumuna gəlincə, onun transfer hüququ bizə məxsusdur. Hazırda anasının yanında olan futbolçu barədə düşünəcəyik. Onun bizimlə müqaviləsi var. Mənə vaxt lazımdır ki, Emeqara barədə qərar verim. Düşünmürəm ki, klubdan ayrılsın. Məsələni düşünməliyəm".


Digər xəbərlər

Xəbər xətti